Hillary Clinton Rusiyaya gedəcək

ABŞ Dövlət katibi Hillary Clintonun gələn həftə Rusiyaya səfəri gözlənilir.

Bu barədə ABŞ Dövlət Departamenti xəbər verir.

Hillary Clinton iyunun sonunda Sankt- Peterburda keçiriləcək “Qadınlar iqtisadiyyatda” adlı beynəlxalq formda iştirak edəcək.

Bunadək dövlət katibi Finladinya və Latviyada olacaq.

Onun Sankt-Peterburqda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Görüşdə raket əleyhinə müdafiə məsələsi, İranın nüvə proqramı və Suriya ətrafında yaranmış vəziyyət, habelə digər problemər müzakirə olunacaq.