Tluzada girovlardan biri azad edildi

Fransanın Tuluza şəhərində yerli bankın bir neçə müştərisini girov götürmüş silahlı şəxs 1 qadını azad edib.

Polisin məlumatına görə, qalan 3 girovun azad edilməsilə bağlı danışıqlar gedir.

Silahı şəxs əl Qaidə ilə əlbir olduğunu deyir.

Başqa bir versiyaya görə isə söhbət qarət cəhdindən gedir.

Polis binanı mühasirəyə alıb.