Pakistanda baş nazirliyə namizəd axtarılır

Pakistanda ikinci gündür ki, yeni baş nazirin təyinatı ilə bağlı danışıqlar gedir.
Ali məhkəmə baş nazir Yousif Raza Gilaninin səlahiyyətlərini dayandırıb.

O korrupsiyada ittiham olunan prezident Asif Ali Zardarinin istintaq işini bərpa etməməkdə təqsirli bilib.

Söhbət 90-cı illərdə İsveçrə bankları vasitəsilə pulyuma əməliyyatından gedir.

Gilaninin vəkili Ahsan onun məhkəmənin qərarından şikayət verməyəcəyini deyir.

Prezident Asif Ali Zardarinin baş nazirliyə rəhbərlik etdiyi “Xalq” partiyaqsından yeni namizəd verəcəyi gözlənilir.