Əfqanıstandakı partlayışda azı 11 adam ölüb

Əfqanıstanın Host əyalətində partlayış olub. Azı 11 adam ölüb. 15 adam yaralanıb.

Partlayışı intiharçı beynəlxalq koalisiya qüvvələrinin yoluna motoskletlə çıxaraq törədib.

Polisin verdiyi məlumata görə, ölənlərin çoxu dinc sakinlərdir. NATO hərbçiləri arasında itkilərin olması haqqında məlumat verilmir.