Nüvə proqramı ilə bağlı müzakirələr İstanbulda keçiriləcək

İranla “altılıq” ölkələri arasında nüvə proqramı ilə bağlı növbəti müzakirələr iyulun 3-də İstanbulda keçiriləcək.

Bu haqda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə nümayəndəsi Caterine Ashton məlumat verib. Müzakirələrin davam edib-etməyəcəyi də İstanbul görüşündən sonra məlum olacaq.

İyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçirilmiş ikigünlük müzakirələr zamanı tərəflər arasında fikir ayrılıqları olub.