Nigeriyada dini qarşıdurmalar nəticəsində 52 adam ölüb

Nigeriyanın Kaduna şəhərində dini qarşıdurma zamanı baş verən toqquşmalarda azı 52 adam ölüb. Əvvəlcə xristian kiləsində 3 partlayış olub. Azı 19 adam ölüb. Partlayışa görə məsuliyyəti islamçı “Boko Haram” qruplaşması üstünə götürüb. Bundan sonra xristian gənclər müsəlmanlara hücum edib.

Bazar günündən Kaduna ştatında komendant saatı fəaliyyət göstərir.