FHN-in təyyarə və vertolyotları Xəzər dənizi üzərində uçur

İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində uçuş peşəkarlığının artırılması məqsədi ilə təlim-məşq uçuşları yerinə yetirilir. Bu barədə nazirliyin rəsmi internet səhifəsi məlumat yayıb.

Təlim-məşq uçuşlarında nazirliyin «Mİ-17» və «Ka-32» tipli 2 ədəd vertolyotu və «BE-200 ÇS» tipli amfibiya təyyarəsi iştirak edir.