Ajmadijnead siyasətdən gedir

İranın prezidenti Mahmud Ahmadijead Almaniya qəzetinə müsahibəsində gələn il ikinci prezidentlik müddətinin başa çatmasından sonra birdəfəlik siyasətdən gedəcəyini açıqlayıb. “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti Ahmadinejadla müsahibəni iyunun 16-da çap edib.

“İki dövr kifayətdir” deyən prezident Rusiya prezidenti Vladimir Putin kimi siyasət apararaq 2017-ci ildə yenidən hakimiyyətə qayıtmaq niyyətində olmadığını da bildirib. Siyasi partiya yaratmaq planının olmadığını deyən Ahmadijead yenidən universitetdə elmi fəaliyyətə dönəcəyini bildirib.

İranın Konstitusiyasına görə prezident dörd illiyə seçilir və iki dəfədən çox dalbadal prezident seçilmək olmaz. Prezident ölkənin başçısı deyil, sadəcə prezidentdir, hökumətə rəhbərlik edir.

Mahmud Ahmadinejad 2005-ci ildə ilk dəfə prezident seçilib. 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisində yenidən qalib elan edilib. Onun rəqibləri olan Yaşıl Hərəkat seçkinin saxtalaşdırıldığını iddia edərək kütləvi etiraz aksiyaları keçirilib. Yaşıl Hərəkatın rəhbərləri də daxil olmaqla onlarla üzvü həbs edilib.