Obama ilə Putin görüşəcək

ABŞ və Rusiya prezidentləri Barack Obama ilə Vladimir Putin bazar ertəsi “Böyük 20-lər” ölkələrinin Meksika sammiti çərçivəsində

Suriya böhranı və İranın nüavə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

Bu barədə ABŞ prezident administrasiyasının əməkdaşı Ben Rods məlumat verib.

O İran və Əfqanıstan məsələsində tərəflər arasında yaxın əməkdaşlıq olduğunu, amma
Suriya məsələsində hələ də fikir ayrılığı olduğunu qeyd edib.

Bu Vladimir Putinin yenidən prezident seçilməsindən sonra liderlərin ilk görüşü olacaq.