Pakistanda törədilmiş terror aktında 15 adam ölüb

Pakistanın şimal-qərbində törədilmiş partlayışda azı 15 nəfər ölüb, 80-dən çox adam isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, Landi-Kotal şəhərindəki bazarda minalanmış maşın partladılıb.

Bu şəhər Əfqanıstanla sərhəddə yerləşir.

Terror aktına görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu regionda bir-biri ilə düşmənçilik edən islamçı qruplar və yerli qəbilələr var.