Norveç ABŞ-dan 10 milyard dollarlıq döyüş təyyarələri alır

Norveç ABŞ-dan 10 milyard dollarlıq döyüş təyyarələri alır

Norveçin Müdafiə Nazirliyi iyunun 15-də xəbər verib ki, ABŞ-dan iki F-35 və onlarla başqa tipli döyüş təıyyarələri alır. Hökumət dəyəri 10 milyard dollarlıq bu təyyarələrlə özünün F-16 təyyarələrindən ibarət hərbi hava qüvvələrini yeniləyir.

Norveçin müdafiə naziri deyib ki, F-35 təyyarələri ABŞ-dan 2015-ci ildə gətiriləcək. Bundan sonra isə daha 50 ədəd həmin markadan olan döyüş təyyarəsi alınacaq.

Bu, NATO üzvü olan Norveçin dövlət büdcəsindən son illər ən böyük məbləğli xərcidir.