Azərbaycanda növbəti əfv fərmanı gözlənilir

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

Bu barədə APA-ya komissiyadan məlumat verilib.

Məlumata görə, Komissiya müvafiq siyahı hazırlayaraq Azərbaycan Prezidentinə təqdim edəcək.

İyunun 15-i, Qurtuluş Günü münasibətilə Azərbaycanda növbəti əfv fərmanı gözlənilir.