«Günəş yanığı» adlı filmi ilə 1995-ci ildə «Ən yaxşı ssenari» nominasiyasında «Oskar» alan azəri ssenarist Rüstəm İbrahimbəyov türk rejissorlara «Yılmaz Günüyi örnək alın» - dedi.
İRAN FİLMİ YÜKSƏLİŞDƏDİR
Rüstəm bəy müsahibəsində İran kinosunda yüksəliş olduğunu deyib: «Çox maraqlı filmlər çəkilir. «Bir ayrılıq» filmi (Asghar Farhadi «Nader and Simin, A Separation»—S.İ.) həyati, psixoloji bir filmdir. Dünya heyran qaldı bu filmə. Filmdə anladılanlar İranın sərhədlərini aşdı».
YAŞADIĞIM ÖLKƏDƏ SƏNƏT FİLMLƏRİNİN YAŞAMA HAQQI YOXDUR!
Rüstəm bəy Türkiyədə az da olsa əsl sənət filmlərini göstərən salon olduğuna diqqət çəkib: «Rusiyada o da yoxdur. Moskvada da, Bakıda da film tamaşaçı yığmaz-deyə qarşısı alınır. Gündəmdə başqa filmlər olduğu üçün, sənət filmləri onlara rəqib ola bilmir. Bu səbəbdən də yaxşı filmlər ortaya çıxa bilmir. Çıxanda da, göstəriləcək salon tapılmır».
SOVET VAXTI RUS KİNOSUNUN ƏN PARLAQ VAXTI İDİ
Rüstəm İbrahimbəyov Sovetlər dönəmini rus kinosunun ən parlaq vaxtı adlandırıb: «İndi vəziyyət dəyişib. Yaxşı rejissorlar belə qazanc üçün—bazar üçün film çəkirlər. Nə qədər ki, güc prokatçıların əlində olacaq, vəziyyət belə dəyişməz qalacaq».
DÜNYA YILMAZ GÜNEYDƏN DANIŞIRDI...
Rüstəm bəy müsahibəsində Yılmaz Güneyi örnək çəkib: «Bir zamanlar Yılmaz Güneyin filmlərindən bütün dünya danışırdı. Mənim tanıdığım amerikalı rejissorlar var, onlar Yılmaz Güneyin filmlərini həmişə misal göstərirlər. Bir də Fatih Akının filmlərini tanıyırlar. Onlar türk rejissorlar kimi tanınır. Məncə, bu böyük uğurdur. Amma bir çox filmlər təəssüf ki, Türkiyədən kənara çıxa bilmir. Çünki daha çox milli motivlər önə sürülür. Gündəlik yaşam olduğu kimi anladılmır bu filmlərdə».
TÜRK KİNOSU ÖZ DİLİNİ YARATMAYIB
Rüstəm İbrahimbəyov dünya kinosundan təsirlənib öz dilini, öz yolunu tapan ölkələrin adını da çəkib: «Məsələn, gürcü kinosu. Gürcülər öz dillərini tapıblar. İran kinosu da tapıb. Uzaq Şərq kinosu da. Mən, məsələn, türklər haqqında eyni şeyi söyləyə bilmərəm. Ortada olan yaxşı filmlər dünya kinosunun qayda-qanunlarına uyğun çəkilənlərdir».
DÜNYAYA AÇILMAQ İSTƏYİRSİNİZSƏ, BELƏ ETMƏYİN!
Rüstəm bəy müsahibədə özünün məşhur «Köçəri» filmindən də danışıb:
«Qazaxıstanda «Köçəri» adında həm prodüseri, həm ssenaristi olduğum bir film çəkmişəm. 5-6 il əvvəlin filmidir. Amerikada da tez-tez göstərilir. Ən çox da televiziyalarda. O filmi çəkəndə, Qazaxıstanda bir qrup elm adamı qazaxlara aid milli atmosferin, qədim mahnıların filmdə yer almasını istədi. Onların fikrincə, kinoda milli atmosfer bunlarla yaradılmalıdır. Mən onlara başa saldım ki, bu kino dili deyil. İstəsəniz mən bunları əlavə edə bilərəm. Amma hər mahnı 5 min tamaşaçının azalması deməkdir. Çünki bu musiqini sadəcə Qazaxıstanda bəyənirlər. Əgər dünyaya açılmaq istəyirsinizsə, o zaman belə etməyin—dedim».