Bakıda atəşfəşanlıq olacaq

15 iyun Milli Qurtuluş Günü münasibətilə Bakıda atəşfəşanlıq təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək.

Saat 23:00-da isə atəşfəşanlıq olacaq.