Mehriban Əliyeva «İlin birinci xanımı» oldu

Mehriban Əliyeva

Türkiyənin iqtisadiyyat və iş dünyası nəşri olan «Ekovitrin» jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə «İlin birinci xanımı» nominasiyasının qalibi olub. Bu barədə AzərTAc məlumat yayıb.

Mükafatın təqdim etmə mərasimində jurnalın sahibi Kamran Abaçıoğlu bildirilib ki, sorğu iki ay davam edib, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs verilib. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunub.

Mükafatlandırma mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu bildirib ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti və onun rəhbərliyi altında həyata keçirilən sosial və mədəni layihələr bütün dünyada təqdirlə qarşılanır. Mehriban xanım Əliyeva, eyni zamanda, İƏT-in də mədəniyyət elçisidir. Mehriban xanımın bu mükafatla təltif edilməsi üçün çox xoşbəxtəm, ona gələcək fəaliyyətində uğurlar diləyirəm.

Mərasimdə «İlin naziri» nominasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, «Beynəlxalq diplomatiya» mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunub.