Naxçıvan səhiyyəsi tarixində ilk dəfə

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«GƏMİQAYA» CARİ İLDƏ DƏ QURUCULUQ İŞLƏRİNDƏ ÖN SIRADADIR

Muxtar Respublikada həyata keçirilən geniş tikinti – quruculuq tədbirləri nəticəsində şəhər və kəndlərimizin günbəgün abadlaşdırılmasınada «Gəmiqaya» Məhdud Məsuliyyətli Cəmiyyəti inşaatçılarının da böyük əməyi var. Naxçıvanda quruculuq proseslərinin aktivlik qazandığı bir gündə adıçəkilən təşkilatın qurub – yaradan insanları regionumuzun bütün bölgələrində müxtəlif bölgələrində müxtəlif təyinatlı obyektlərin inşasında fəallıq göstərirlər.

Cəmiyyətdən aldığımız məlumata görə, kollektivə bu il də bir sıra obyektlərin inşası həvalə edilib. İnşaatçılar cari ildə Şərur rayonunun Aralıq kəndində orta məktəb binasının, Ordubad şəhərində uşaq bağçasının, rayonun Əylis kəndində məktəb binasının, Babək rayonu ərazisində Yerüstü Peyk İdarəetmə Mərkəzinin və Kərimbəyli kəndində məktəbin inşasını öz öhdələrinə götürüblər.

AZ ÇƏKİ İLƏ DOĞULAN KÖRPƏLƏRİN HƏYATI XİLAS OLUNDU


Ana olmaq, körpəsini bağrına basıb əzizləmək, onu cəmiyyətin layiqli üzvü kimi yetişdirmək hər bir qadının əzəli arzusudur. Nehrəm kənd sakini Pərvanə Mehdiyeva da belə bir arzu ilə yaşayıb. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində onun ilk övladı dünyaya gəlib. Lakin körpənin normadan xeyli az – 600 qram çəkidə doğulması onun ölümlə üz-üzə qalmasına səbəb olub. Doğum Mərkəzinin reanimasiya şöbəsində saxlanılan körpə neonatoloqlar tərəfindən intensiv müalicə alıb. Həkimlərin səyi nəticəsində körpə qısa müddətdə 1,3 kiloqram çəki ilə anasına qovuşub.

Belə bir ovqatı Culfa şəhər sakini Mətanət Ağayeva da yaşamalı olub. Onun ilk övladı 700 qram çəki ilə dünyaya gəlib. Həkimlərin səyi ilə körpə 1,2 kiloqram çəkiyə çatdırılaraq həyata yenidən qovuşub və ana südü ilə qidalanmağa başlayıb. Hər iki ana öz övladları ilə tam sağalmış vəziyyətdə evlərinə göndəriliblər.

Qeyd edilməlidir ki, normadan aşağı çəkidə doğulmuşların, xüsusən də çəkisi 1 kiloqramdan az olan uşaqların yaşaması ən inkişaf etmiş ölkələrdə belə problemli məsələlərdən sayılır. Doğum Mərkəzində müasir tibbi avadanlıqların quraşdırılması, yeni doğulmuşlar üçün hər cür şəraitin yaradılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, həkimlərin peşə və bacarıqlarının artırılması, səmərəli tibbi prosedurlardan istifadə edilməsinin nəticəsidir ki, Naxçıvan səhiyyəsinin tarixində ilk dəfə olaraq az çəki ilə doğulan körpələrin həyatı xilas olunmuşdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Naxçıvanın şöhrət tacı
- Culfa rayonunda aqrar sahəyə qayğı bəhrəsini verir
- Naxçıvan Tibb Kollecində «Heydər Əliyev lektoriyası»nın növbəti məşğələsi
- Operativ vergi nəzarəti gücləndirilir
- Daha bir məşğulluq tədbiri yekunlaşıb