Avro-2012 uğursuz 11 metrlik, 2 qırmızı vərəqə və 2 qolla başladı

Vrotslav (Polşa). Rusiya millisinin oyunçuları Cexiya millisi üzərindəki qələbənin sevincini yaşayırlar

Polşada başlayan futbol üzrə Avropa Çempionatında ilk oyun A qrupunda keçirildi və 1-1 hesabı ilə başa çatdı. Paytaxt Varşavada bu Polşa yığması Yunanıstan komandası ilə xalları böldülər. Gərgin keçən oyunda hər 2 qol birinci hissədə vuruldu. Hakim 2 oyunçunu meydandan çıxartdı. İkinci hissədə, yunanlar 11 metrlik cərimə zərbəsini reallaşdıra bilmədilər.

İyunun 8-də - Çempionatın açılış gününün daha bir oyununda, A qrupuna daxil olan Rusiya millisi Çexiya komandasına 4-1 hesabı ilə qalib gəldi.

Sabah isə Çempionatın digər ev sahibi olan Ukraynada Hollandiya-Danimarka və Almaniya-Portuqaliya görüşləri keçiriləcək.

Avropa Çempionu iyulun 1-də Urkayna paytaxtı Kiyevdə keçiriləcək final oyununda müəyyənləşəcək.