Mədrəsədə törədilmiş partlayışda 8 adam ölüb

Pakistanın Kvetta şəhərindəki süni mədrəsəsində törədilmiş terror aktı nəticəsində azı 8 nəfər ölüb, 20-dən çox adam isə yaralanıb.

Partlayış vaxtı mədrəsədə buraxılış mərasimi keçirilirmiş.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Kvetta Bəlucistan əyalətinin paytaxtıdır.

Əhalisinin çoxu sünnilər olan əyalətdə vaxtaşırı dini zəmində toqquşmalar olur.