Shakespeare’in ilk teatrının binasının qalıqları tapıldı

Shakespeare’in Hamlet əsərinə çəkilmiş filmdən görüntü

Arxeoloqlar maraqlı bir tapıntının izinə düşüblər.

Shakespeare’in «Pərdə» (Curtain) adlanan teatr salonunun qalıqlarını aşkarlayıblar.

Xəbəri The Guardian yayıb.

Deyilənə görə, teatr binası yaxşı vəziyyətdədir.

XVI əsrdə burada Shakespeare’in «VI Henrix» və «Romeo və Cülyetta» tamaşasını səhnələşdiriblər.

Arxeoloqlar divarın bir hissəsini və taxta döşəməni Londonda, Temzanın sağ sahilində - Şoreditç rayonunda üzə çıxarıblar.

Bu, Shakespeare’in 1599-cu ildə tikilmiş əfsanəvi «Qlobus» teatrının sələfi hesab olunur.
Maraqlıdır ki, belə bir teatr binasının olduğunu dahi yazıçı öz əsərində - «V Henrix»in proloqunda təsvir edib.

Dramaturq truppasının 1597-1599-cu illərdə tamaşalar qoyduğu «taxta səhnə»ni pyesində ətraflı təsvir edib.

Arxeoloqlar məhz həmin yeri tapdıqlarına inanırlar.

«Qlobus»un açılışından sonra isə bu yerunudulub. Onun harada yerləşdiyi barədə məlumat qalmayıb.

«Pərdə» teatr salonunun qalıqlarını İngiltərə Arxeologiya Muzeyinin arxeoloqları aşkarlayıb.

Alimlər teatrın bütöv görünüşünü tapacaqlarına əmindirlər.

Tədqiqatlar davam edir.