Qazaxıstanda 14 yoldaşını öldürməkdə şübhəli bilinən sərhədçi həbs olunub

Qazaxıstanda 14 yoldaşını öldürməkdə şübhəli bilinən sərhədçi Vladislav Çelax həbs olunub.

Bu barədə baş prokurorluğun nümayəndəsi məlumat verir.

Onun sözlərinə görə, Vladislav Çelax daxili münaqişə zəmnində öz yoldaşlarını yuxuda olarkən güllələyib, sonra isə sərhəd zastavasını yandırıb.

Çelaxdan ölmüş əsgərlərin əşyaları tapılıb.

Əsgərlərin cəsədi mayın sonunda aşkar edilib.

Hakim dairələrin məlumatına görə o günahını boynuna alıb.

Amma bu ittihamı cəfəngiyat sayan Qazaxıstanın televiziya aparıcılarından biri məlumatı
canlı efirdə oxumaqdan imtina edib.