Sabirabad sakini Kür çayında çimərkən batıb

Bu barədə APA-ya Sabirabad Rayon Prokurorluğundan məlumat daxil olub.

Məlumata görə, Sabirabad rayonu Muğangəncəli kənd sakini, 1994-cü il təvəllüdlü Cəbrayılov Ramil Dilavər oğlu Kür çayında çimərkən boğulub. Onun meyiti FHN-in xilasediciləri tərəfindən axtarılır.

Qohumlarının bildirdiyinə görə, Ramil Cəbrayılov bu ilin aprelində ordu sıralarına çağırılıb və xəstəliyi ilə əlaqədar 20 günlük evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.