Dağlıq Qarabağ münaqişəsilə bağlı təklif gözlənilir

ABŞ dövlət katibi Hillary Clinton

“Xarici işlər nazirlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni yanaşma təklif ediləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycana səfəri zamanı ABŞ dövlət katibi Hillari Klinton deyib.

O, həmçinin qoşunların təmas xətində baş verən insidentlərdən təəssüf bildirib.

İyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk
Qrupu həmsədrlərinin görüşü keçiriləcək.