Pentaqon Pakistanda pilotsuz təyyarələrdən istifadəni davam etdirəcək

ABŞ-ın pilotsuz təyyarələri Pakistan ərazisində dəqiq zərbələri davam etdirəcək.

Bunu ABŞ müdafiə naziri Leon Panetta çərşənbə günü Dehlidə keçiridiyi mətbuat konfransında deyib.

Məlumatlara görə ABŞ-ın pilotsuz təyyarələri son 2 həftə ərzində Pakistan ərazisində 8 belə əməliyyat keçirib.

Vaşinqtonun Pakistan ərazisində fəaliyyət göstərən yaraqlılarla mübarizədə pilotsuz təyyarələrdən istifadə etməsi iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.

Pakistan buna suverenlyinin pozulması kimi baxır.