Qəndəhardakı partlayışı talibançılar törədib

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində baş verən partlayışda
ölənlərin sayı 23-ə çatıb, 50 yaralı var olub.

Qəndəhar əyalətinin polis rəisi bildirib ki, üç partlayış olub. Partlayışı intiharçı törədib.

Polisin məlumatına görə, ölənlərdən 8-i mühafizəçi, qalanlar mülki şəxslərdir. Partlayışa görə məsuliyyəti talibançılar üstlərinə götürüb. Onlar ölənlər arasında NATO hərbçilərinin də olduğunu bildirir.