Bashar Assad yeni baş naziri təyin edib

Suriya prezidenti Bashar Assad Riyad Hijabı yeni baş nazir təyin edib. Riyad Hijab hakim Baas partiyasının üzvü, keçmiş kənd təsərrüfatı naziridir.

Suriyada yeni hökumət ölkədəki parlament seçkilərindən sonra formalaşdırılır. Parlament seçkiləri keçən ay keçirilmişdi. Müxalifət bu seçkini baykot etmişdi.

Dünən isə ölkədə ordu ilə müxalifət arasında döyüşlər davam edib. Döyüşlərin ölkənin şimalında, Türkiyə ilə sərhəddə və Dəməşq ətrafında getdiyi bildirilir.