Gövdəsində 153 adam olan təyyarə yaşayış binalarına çırpılıb

Nigeriyanın Lagos şəhərində Dana Air şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Qərb agentliklərinin verdiyi xəbərə əsasən təyyarədə 147 sərnişin və 6 heyət üzvü olub. Onların hamısının həlak olduğu bildirlir. Təyyarə Nigeriyanın ən böyük şəhəri olan Lagosun yaşayış binalarının üstünə düşüb. Bu ərazi sakinlərindən həlak olan və yaralananlar haqda məlumat dəqiqləşdirlir.