Çində ABŞ-a casusluq etməkdə şübhəli bilinən dövlət rəsmisi saxlanıb

Çində ABŞ-a casusluq etməkdə şübhəli bilinən təhlükəsizlik xidmətinin yüksək səlahiyyətli əməkdaşı saxlanəb.

Honkonq mətbuatının yazdığına görə, o nazir müavininin şəxsi katibidir.

"New York Times" qəzetinin yazdığına görə, o təxminən 4 ay bundan əvvəl saxlanıb.

Onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alındığı bildirilir.

Çin və ABŞ rəsmiləri hələlik məsələyə münasibət bildirməyib.