“Nəsimi” Ədəbiyyat Müsabiqəsinin “qısa siyahısı” açıqlandı

Kult.Az Mədəniyyət Portalının təşkilatçılığı ilə keçirilən IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin “qısa siyahısı” açıqlanıb.

Müsabiqənin Təşkilat Komitəsi və Ekspertlərdən ibarət 10 nəfərlik münsifin qiymətləndirməsinə, habelə portalda keçirilən səsvermənin nəticələrinə görə, “hekayə” və “şeir” nominasiyaları üzrə “10-luq” seçilib.

Qeyd edək ki, oxucuların səsverməsi əsasında 3, münsiflərin verdiyi ballar əsasında isə 7 müəllif “qısa siyahı”ya daxil edilib.

Qaliblərin adları 8 iyun tarixində – Kult.Az portalının 5 yaşında elan ediləcək. Qaliblər bu münasibətlə keçirilən mərasimdə təltif olunacaqlar.

Qeyd edək ki, əsər qəbuluna aprelin 20-də başlanılmışdı. Mayın 20-də müsabiqənin “uzun siyahısı” açıqlanmışdı.

Ümumilikdə müsabiqəyə 70-ə yaxın müəllifdən 200-dən artıq mətn daxil olmuşdu.
Müsabiqənin əsas sponsor partnyoru ANN.Az xəbər portalıdır.

ŞEİR nominasiyası:

Səbinə Dəniz
Ramil Əhmədov
Hacıbala Səfərov
Leyla Nənə
Lalə (Məhərrəmli)
Samir Kərimoğlu
Aysel Əliyeva
Ərşad Məhərrəmli
Aqşin Evrən
Emin Piri

HEKAYƏ Nominasiyası:

Şahnaz Kamalova
Günay Araf
Samirə Əşrəf
Namiq Vəliyev
Günel Xəzəl
Fuad Mirzəyev
Ruslan Mollayev
Əfsanə Laçın
Günel Kərimli
Şəbnəm Xeyrulla