Dini komitənin yeni sədri danışdı

Təzə Pir məscidi

«Azərbaycanda dini durumla bağlı spesifik problemlər var».

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərov «Azadinform»a müsahibəsində deyib.

Komitə sədri deyib ki, ən böyük təhlükə dini zəminin ayrı-ayrı dövlətlər tərəfindən siyasi maraqları naminə istifadə etmək cəhdləridir:

«Bu hal son zamanlar daha artıb. Azərbaycan dövləti ayrı-ayrı ölkələrin getdiyi yola hörmətlə yanaşır. Biz eyni hörmətin Azərbaycandakı dinin dövlətdən ayrı olması modelinə də olunmasını tələb edirik».

E.İskəndərov deyir ki, Azərbaycanın dini siyasəti dövlətçiliyi möhkəmlətmək istiqamətində qurulub.

«Azərbaycan müstəqillik qazanandan xarici dövlətlər bu siyasəti pozmaq sahəsində bir iş görə bilməyiblər və bilməyəcəklər. Ona görə də bu siyasətdən əl çəkmək ən yaxşı yoldur», - deyə o, əlavə edib.