Qırğızıstanda pasport rejiminin tətbiqinə başlanıb

Qırğızıstan hakimiyyəti ölkənin cənub əyaləti Oşda etnik özbəklərlə qırğızlar arasında toqquşmalardan yayınmaq üçün pasport rejiminin tətbiqinə başlayıb. Oşun polis rəisi deyib ki, onlar 24 saat şəhərdə keşik çəkəcəklər.

Hökumət 2010-cu ildə bu regionda baş vermiş qarşıdurmanın ildönümündə yeni toqquşmalardan narahatdır. 2010-cu ilin iyununda Oş və Calalabadda özbəklərlə qırğızlar arasında baş vermiş qarşıdurmada 400 nəfərdən çox adam öldürülmüş, 375 000 nəfərin də qaçqın düşdüyü güman olunur.