İran Ermənistana 25 milyon avroluq əlavə kredit ayırıb

İran Ermənistana 25 milyon avro məbləğində əlavə kredit ayıracaq.

APA-nın “İnterfax” a istinadla verdiyi məlumata görə, bunu Ermənistanın “Yüksək gərginlikli elektrik xətləri”
QSC-nin baş direktoru Saak Abramyan bildirib.

Onun sözlərinə görə, kredit İranla Ermənistan arasında 3-cü elektrik hava xəttinin çəkilişi üçün nəzərdə tutulub və artıq müvafiq saziş imlalanıb.

Layihə ümumilikdə 107,9 milyon avro dəyərindədir.

Bunun 83,083 milyonunu hələ 2011-ci ilin sentyabrında İran İxracın İnkişafı Bankı ayırıb.

Qalan 24,817 mlyonunu isə Ermənistan hökuməti ayırmalı idi.

Lakin Ermənistan vəsait olmadığından İrandan əlavə kredit istəyib.

Ermənistan krediti elektrik enerjisi ilə ödəyəcək.