Rusiya müxalifətinin istədiyi yerdə aksiya keçirməsinə icazə verilməyib

Moskva rəhbərliyi müxalifətin iyunun 12-də Tverskaya meydanında aksiya keçirməsinə icazə verməyib.

Bu barədə AzadlıqRadiosuna aksiyanın təşkilatçılarından biri “Sol cəbhə” hərəkatının koordinatoru Sergey Udaltsov məlumat verib.

O bildirib ki, şəhər rəhbərliyi müxalifətə Frunzenskaya sahilindəki Abdreevski körpüsünün yanını təklif edib, müxalifət isə bununla razı deyil.