Mitt Romney Texasdakı ilkin seçkidə qalib gəlib

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədə Mitt Romney Texas ştatında keçirilən ilkin seçkidə qalib gəlib. O seçicilərin 70 faizindən artıq səsini yığıb.

Prezidentliyə namizəd olmaq üçün 1144 nümayəndənin səsi kifayət edir. Romney indi cəmi 58 səs qazanmalıdır.

ABŞ-da prezident seçkisi noyabrın 4-də keçiriləcək.