Türkiyədə partlayış BTC kəməri ilə neft nəqlinə təsir etməyib

Arxiv foto

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin ixracında heç bir problem yoxdur. Bu barədə mayın 30-da Trend-ə BP şirkətindən (boru kəmərinin operatoru) bildiriblər.

Bundan əvvəl Türkiyə KİV-i Qars vilayətindəki neft kəmərindəki partlayış və ixracın bərpa olunması üzrə görülən işlər haqqında məlumat yaymışdı.

BP-dən bildirilir ki, BTC ilə neft nəqli normal rejimdə həyata keçirilir.

Bu gün həmin neft kəməri ilə Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqları blokundan hasil olunan neft, «Şahdəniz» yatağından kondensat və Türkmənistan nefti nəql olunur.

İlkin məlumata görə, Türkiyə vilayətindəki partlayış qaz nəqli infrastrukturuna ziyan vurub. Nəticədə Türkiyənin BOTAŞ şirkətinin qaz əməliyyatlarının həyata keçirilməsində problemlər yaranıb.