Polis islam əleyhinə danışan jurnalistin bıçaqlanmasının istintaqına başlayıb

Moskva polisi Mayak və Exo Moskvı radiolarının əməkdaşı Sergey Aslanyanın bıçaqlanması hadisəsinin istintaqına başlayıb.

Jurnalist evinin qapısında naməlum adam tərəfindən bıçaqlanıb.
O, əməliyyat olunub və həyatı təhlükədə deyil.

Məlumatlara görə, onun bıçaqlanmasının arxasında duran motiv jurnalistin bu yaxınlarda islam haqda dediyi fikirləri ilə bağlıdır.

Aslanyan dostlarına bildirib ki, onu bıçaqlan “ Sən Allahı sevmirsən” - deyərək onu bıçaqlayıb.