Türk Hava Yollarında 104 reys təxirə salındı

Arxiv foto.

-



Türkiyədə hava yolları işçiləri mayın 29-da səhərdən tətilə başlayıblar. Tətil edənlərin əksəriyyəti Türk Hava Yollarının işçiləridir.

Səhər saatlarından başlayan tətilə görə İstanbulda Atatürk Hava Limanında 104 reys təxirə salınıb, onlarla təyyarə isə gecikmə ilə uçur.

İşçilər hava yollarında tətilin qadağan edilməsinə dair qanun layihəsinin parlamentə göndərilməsinə etiraz edirlər.

Həmkarlar təşkilatı bu gecə saat 12-ə qədər tətilin davam edəcəyini bildirir.