-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
6 aprel 2012. sayı 62(20.467)
ŞƏRURDA BOL MƏHSULUN ƏSASI QOYULUR
Rayonda kartofçuluqda zəngin təcrübə qazanılıb. Hər il rayonun torpaq mülkiyyətçiləri daxili bazarda yerli məhsulun çəkisinin artırılmasına öz töhfələrini verirlər.
...Muxtar Respublikada meyvəçiliyin inkişafında xüsusi çəkisi olan bu rayonda meyvə bağları sahələrinin artırılması qayğısına da qalınır, ilbəil yeni bağlar salınır. Yazın ilk günlərindən bu iş davam etdirilib, 1 hektar sahədə meyvə bağı salınıb.
HƏMYERLİLƏRİMİZ AŞQABAD ŞƏHƏRİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə «Türkmənistanın orta əsr şəhərləri Avrasiya sivilizasiyasında» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dünyanın 50-dən çox ölkəsinin alimlərinin iştirak etdiyi konfransda orta əsrlərdə Böyük Yolu və onun fəaliyyəti dövründə inkişaf etmiş şəhərlər, onların ticarət əlaqələri, şəhərsalmada kəhriz və karvansara mədəniyyəti barədə məruzələr oxunmuşdur. Konfransda Azərbaycan Respublikasını təmsil edən 3 alimdən 2-si Naxçıvandan olmuşdur.
Üç gün davam edən elmi konfransda AMEA - nin müxbir üzvi Əbülfəz Quliyev «Türkmənistanın orta əsr şəhərləri tarixinin mənbələri və tarixşünaslıq» adlı 2-ci bölməyə rəhbərlik etmişdir
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Tələbə evində məşğələ
- Hüquqi maarifləndirmə günün tələbidir
- Qanun keşikçiləri üçün yeni bina
- Növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib