Əfqanıstan hökuməti Paktiya əyalətində 1 ailənin öldürüldüyünü deyir

Əfqanıstan hakimiyyətinin məlumatına görə NATO təyyarəsinin Paktiya əyalətini vurması nəticəsində 8 dinc sakin ölüb.

Əyalət rəhbərliyi ötən gecə keçirilmiş əməliyyat nəticəsində ər-arvad və onların 6 uşağının öldüyünü deyir.

Əfqanıstandakı beynəlxalq qüvvələrin komandanlığı insidentin hərtərəfli araşdırılacağını bəyan edib.