ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərbini vurub

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistanın şimal-qərbini vurması nəticəsində 4 yaraqlı ölüb.

Yerli təhlükəsizlik xidmətinin məlumatına görə, zərbə Miranşah şəhərinin ətrafındakı evlərdən birinə vurulub.

Şimali Vıziristan əyaləti Talibanın əsas dayaq məntəqələrindən biridir.

Pakistan bu cür əməliyyatları suverenliyinin pozulması kimi qiymətləndirir.