Müsəlman qadın atletlər və hicab

Amerikada yaşayan pakistanlı ağırlıqqaldıran Kulsoom Abdullah ABŞ-da keçirilən yarışlarda Pakistanı təmsil edir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ona islam geyimində çıxış etməyə icazə verib. 

Birləşmiş Ərəb Əmirliklərinin atleti Yasmin Abbas (sağda) Qatarda keçirilən ağırlıqqaldırma çempionatında qazandığı bürünc medalın sevincini yaşayır. O, London olimpiadasında da islam geyimində ölkəsini təmsil edəcək. 

İranın qadınlardan ibarət futbol yığmasına yalnız 2010-cu ildə Sinqapurda keçirilən Olimpiadada yarışmağa imkanı verilib. Amma bunun üçün onlar baş örtülərini xüsusi papaqla əvəz etməli olublar. 

Sinqapur Olimpiadasında Türkiyə komandası ilə oyunda İranın qadın futbol komandasının oyunçusu Fatemeh Shirafkannejad topu başı ilə vurarkən papağı düşür.

İranın qadın futbol komandasının üzvləri 2012-ci ilin London Olimpiadasının seçmə oyunlarından kənarlaşdırıldıqlarını eşidib ağlayırlar.

Bu ilin fevralında Sidneydə məşqlər zamanı Avstraliya qadın futbolçusu baş örtüsü geyinib.

2008-ci ilin martında uzaq məsafəyə qaçış üzrə əfqan idmaçı məşq zamanı. 

Beynəlxalq Qadınlar Günü münasibətilə Kabulda ABŞ səfirliyində Əfqanıstanın qadın basketbol komandası ilə ABŞ komandasının oyunu. 

Həm İran, həm də Fransanı təmsil edən tennisçi Arghavan Rezaei 2005-ci ilin sentyabrında Tehranda Dördüncü İslam Qadın Oyunlarının finalında. 

Kanadalı dizayner Elham Seyed Javad "İdman hicabı" adlı kolleksiyasını 2011-ci ilin aprelində təqdim edib.