Somalinin Afqoye şəhəri yaraqlılardan azad edilib

Afrika Birliyi və Somali qoşunları Somalinin mərkəzindəki Afqoye şəhərini nəzarətə götürüblər.

Bu şəhər Somalinin paytaxtı Moqadişin 25 kilometrliyində yerləşir.

Bu şəhər radikal “Aş Şabab” qrupunun nəzarətində idi.

Agentliklərin məlumatına görə, minlərlə yerli sakin döyüş zonasını tərk edib.