-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
Şərq qapısı
05.04.2012
Sayı:61(20.466)
ƏMƏK YARMARKASINDA 65 NƏFƏRƏ GÖNDƏRİŞ VERİLİB
Şərur Şəhər Mədəniyyət Sarayında təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Məmməd Məmmədov qeyd etmişdir ki, əhalinin iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. M. Məmmədov əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 21 təşkilatda olan 196 boş iş yeri iş axtaranlara təklif olunur.
Əmək yarmarkasında 65 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilmişdir.
BAYTARLIQ XİDMƏTİNİN SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK İNSAN SAĞLAMLIĞINA QAYĞININ İFADƏSİDİR
...- Müşavirədə verilən tapşırıqlar insanların sağlam və keyfiyyətli heyvan mənşəli ərzaq məhsulları ilə təchiz olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə edərək profilaktiki tədbirlərin gücləndirilməsinə çalışır. Muxtar respublikada epizootik sabitliyi qorumaq məqsədilə heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinələr və digər tədbirlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi də qarşımıza qoyulan vəzifələrdəndir.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Quş əti istehsalı artmaqdadır
- Traktorlar çöllərin sükutunu pozur
- Yazlıq əkinlərə başlanılıb
- Babək rayonunda yeni meyvə bağları salınır