Pakistanda avtobusa hücum nəticəsində 7 adam ölüb

Pakistanın Sind əyalətində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 7 nəfər ölüb, bir neçə adamsa yaralanıb.

Bəzi məlumatlarda hücumun qarət məqsədilə edildiyi bildirilir.

Bəzi məlumatlara görə isə hücumu Bəlucistan əyalətindəki separatçı qüvvələr törədib.