Fransa prezidenti Əfqanıstana gedib

Fransa prezidenti Francois Hollande Əfqanıstana qəfil səfər edib. Səfərdə məqsəd fransız qoşunlarının ölkədən çıxarılması ilə bağlı məsələni müzakirə etməkdir.

Bu ay prezident kürsüsünə əyləşmiş Hollande Fransadan 3400-lük qoşununu ilin sonuna qədər geri çəkəcək.

Mayın 25-də Hollande Kapisa əyalətindəki fransız qoşunlarına baş çəkib.

Xarici qoşunların Əfqanıstandan çıxarılması NATO-nun planına əsasən həyata keçirilir.