Gəncədə fayton yolu bərpa ediləcək

AzərTac-ın məlumatına görə, Gəncədə aparılan qazıntı işləri zamanı vaxtilə şəhərdə ikimərtəbəli yeraltı fayton yollarının olduğu müəyyənləşdirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti bu yolların bərpa edilməsi barədə qərar qəbul edib.

Qərara alın;b ki, bir neçə kilometr uzunluğunda olan və yararsız hala düşmüş yolun əvvəlcə bir kilometri bərpa edilsin və muzey kimi turist marşrutuna salınsın. Sonra isə digər hissələrinin bərpasına başlanılsın.