«Demokratiya naminə oxu» («Sing for Democracy») kampaniyasının mətbuat konfransında qalmaqal baş verib.
Mayın 22-də keçirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynli, hüquq müdafiəçisi Leyla Yunus çıxış edib. Onlar bildiriblər ki, ölkədə çoxsaylı insan haqlarının pozulması halları baş verib və bunun səbəbkarı ölkə prezidenti İlham Əliyevdir.
Tədbirdə evləri sökülən sakinlər və digər insan haqları ilə bağlı problemlərin əks olunduğu film də nümayiş olunub.
Mətbuat konfransında iştirak edən «Xalq qəzeti», «Səs» və «İki sahil» qəzetlərinin əməkdaşları isə çıxışçıların sözlərini kəsib onları yalan danışmaqda suçlayıb. Onlar mətbuat konfransına qatılan xarici jurnalistlərə xitabən deyiblər: «Demokratiya naminə oxu» kampaniyasının təşkilatçıları hakimiyyətə qarşı qərəzli münasibət göstərir və ölkə rəhbərliyi Azərbaycanda demokratik şəraiti təmin edir, insan haqlarına hörmət göstərilir».
«Sing for Democracy» kampaniyası Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı tərəfindən başlanılıb.
Məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna cəlb etməkdir.