Çinli dissident Chen Guangcheng ABŞ-a təşəkkür edib

Hazırda ailəsi ilə birlikdə Birləşmiş Ştatlarda olan çinli gözdən əlil dissident Chen
Guangcheng köməyə görə ABŞ-a təşəkkürünü bildirib.

O şənbə günü ailəsi ilə birlikdə Pekindən təyyarə ilə Birləşmiş Ştatlara gəlib.

Son anadək ona pasport verilmirdi.

O bu yaxınlarda ev dustaqlığından qaçaraq ABŞ səfirliyinə sığınmışdı.

ABŞ Dövlət katibi Hillary Clintonun bu yaxınlarda Pekinə səfəri zamanı onun ailəsi ilə birlikdə Birləşmiş Ştatlara getməsi barədə razılıq əldə olunub.