Azərbaycan Beynəlxalq Сannes Kinofestivalında (Video)

65-ci Cannes Film Festivalı

«65-ci Beynəlxalq Cannes kinofestivalında Azərbaycanın bayrağı dalğalanır». Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı yayıb.

Xəbərdə bildirilir ki, ikinci ildir festival şəhərciyinin mərkəzi xiyabanında yerləşən və «Azərbaycanfilm»in loqotipi ilə bəzədilmiş pavilyonda Azərbaycan kinosu, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar təqdim olunur.

Dünən pavilyonda qurulmuş monitorda «Buta» bədii filmi göstərilib.

Mayın 17-də filmi seyr edən festival iştirakçıları və digər ölkələrin nümayəndələri rejissor İlqar Nəcəfə filmin milli folklora və ənənələrə söykənməklə yanaşı Avropa tamaşaçılarının anlaya biləcəyi tərzdə çəkildiyini bildirib.

Filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatına layiq görüldüyü barədə tamaşaçılara məlumat verilib.

Xəbərdə vurğulanır ki, ürəkaçan məqamlardan biri festival proqramlarından birində iki qısametrajlı Azərbaycan filminin təmsil olunmasıdır.

Bunlar «Ultra production» şirkətinin çəkdiyi «İnkoqnito» və «Iz production»un istehsal etdiyi «Susma!» filmləridir.