Disko kraliçası Donna Summer öldü

Disko kraliçası Donna Summer 63 yaşında vəfat edib.

Sumerin ölümünün səbəbiylə bağlı açıqlama verilməyib. Amma deyilənə görə, o, xərçəngdən əziyyət çəkirdi.

Summer 1970-ci illərin “disko erası”nın Grammy Mükafatını almış məşhur simalarından idi. Onun hit olmuş ifaları arasında “I Feel Love”, “Last Dance”, “Love to Love You Baby” və “Bad Girls” var. sənətçi sonuncu albomu “Crayons”u 2008-ci ildə buraxıb.