Muzeylərdə «açıq qapı» günü keçirilir

18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda «açıq qapı» günü elan edilir.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla yanaşı bu gün, saat 12:00-da Şirvanşahlar Sarayı Kompleksində «Sayrışan ulduzlar altında bərq vuran gövhər» adlı tədbir keçiriləcək.

Tədbirdə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları «Muzeylər gecəsi» adlı bədii kompozisiya təqdim ediləcək.